
Bakı. Trend:
UEFA Çempionlar Liqasının 1-ci turunun ən yaxşı futbolçularından
ibarət simvolik komandasını təqdim edib.
Trend xəbər verir ki, bu
haqda qurumun sosial şəbəkə hesabları məlumat yayıb.
Rəmzi komandaya “Qarabağ”ın 24 yaşlı braziliyalı
yarımmüdafiəçisi Pedro Bikalyo da düşüb.
Rəmzi komanda
Qapıçı: Xeronimo Rüli (“Olimpik Marsel”)
Müdafiəçilər: Markos Lyorente (“Atletiko” Madrid), Vircil van
Deyk (“Liverpul”), Derrik Lyukkassen (“Pafos”), Yussufa Mjöci
(“Slaviya” Praqa).
Yarımmüdafiəçilər: Markus Raşford (“Barselona”), Hans Vanaken
(“Brügge”), Pedro Bikalyo (“Qarabağ”), Fransisku Trinkan
(“Sportinq” Lissabon).
Hücumçular: Markus Türam (“İnter”), Hari Keyn (“Bavariya”).
Qeyd edək ki, UEFA-nın rəyinə əsasən, Bikalyo həmçinin “Benfika”
– “Qarabağ” matçının (2:3) ən yaxşı oyunçusu seçilib.