Çin ABŞ ilə “TikTok” ilə bağlı danışıqlarını alqışlayır – Si Cinpin

Baş səhifə

Bakı. Trend:

Pekin “TikTok” platforması ilə bağlı Çin-ABŞ qərarının bazar
qaydalarına və hər iki tərəf arasında maraqlar balansına
əsaslanacağına ümid edir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Trampla telefon
danışığı zamanı Çin Xalq Respublikasının sədri Si Cinpin
bildirib.




“Çinin TikTok-la bağlı mövqeyi aydındır: Çin hökuməti
şirkətlərin istəklərinə hörmətlə yanaşır və onların Çin qanun və
qaydalarına uyğun və maraqlar balansını təmin edən həll yolu tapmaq
üçün bazar qaydaları əsasında kommersiya danışıqları aparmaq
istəyini alqışlayır”, – deyə Çinin sədri qeyd edib.

Si Cinpin əlavə edib ki, Pekin ümid edir ki, Vaşinqton Çin
şirkətlərinin ABŞ-yə sərmayə yatırmaq üçün açıq, ədalətli və
ayrı-seçkilikdən uzaq biznes mühiti təmin edəcək.