“İmişi” və “Zirə” qələbə qazanıb – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında V tura start verilib.

Trend-in
məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İlk olaraq meydana “Karvan-Yevlax” və İmişli” komandaları çıxıb.
Şamaxı şəhər stadionunda keçirilən görüşdə İmişli təmsilçisi 3
cavabsız qolla qalib gəlib.




Günün ikinci matçında isə “Zirə” “Şamaxı”nı sınağa çəkib.
Qarşılaşma Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticələrdən sonra “Zirə” 11 xalla turnir cədvəlinə başçılıq
edir. “İmişli” 7 xalla 5-ci, “Şamaxı” 5 xalla 6-cı, “Karvan-Yevlax”
isə 4 xalla 9-cu sırada qərarlaşıb.

Turun digər oyunları sentyabrın 20-21-də təşkil olunacaq.