
Bakı. Trend:
Tehran BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları
yenidən tətbiq etmək qərarını tələsik hesab edir.
Trend-in
məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir
Səid İrəvani deyib.
“Bugünkü qərar tələsik, əsassız və qanunsuzdur. İran onu həyata
keçirmək öhdəliyini tanımır. Avropa İttifaqının artıq ləğv edilən
sanksiyaları yenidən tətbiq etmək cəhdi təkcə əsassız deyil, həm də
beynəlxalq hüququn birbaşa pozulmasıdır və Təhlükəsizlik Şurasının
nüfuzunu sarsıdır”, – deyə o bildirib.
O vurğulayıb ki, Avropa ölkələrinin İrana qarşı sanksiyalar
tətbiq etmək niyyətləri “aşkar aqressiya fonunda baş verir”.

