
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ağ Evdə sentyabrın 25-də Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək.
Trend-in
məlumatına görə, bu barədə D.Tramp “Truth Social” sosial
şəbəkəsində yazıb.
“Prezident və mən bir sıra ticarət və müdafiə sazişləri üzərində
işləyirik, o cümlədən “Boeing” təyyarələrinin çox sayda alınması,
böyük “F-16” sövdələşməsi və “F-35″ ilə bağlı danışıqların davam
etdirilməsi və müsbət nəticələnməsini gözləyirik”, – deyə ABŞ
prezidenti bildirib.
D.Tramp Ərdoğanla münasibətlərin “çox yaxşı” olduğunu qeyd
edib.