
NATO üzvü olan ölkələr öz hava məkanına daxil ola biləcək pilotsuz təyyarələrlə mübarizə üçün bahalı döyüş təyyarələri və raketlərdən istifadə edə bilməzlər.
APA xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Qərb diplomatlarına istinadən məlumat yayıb.
Qəzet qeyd edib ki, bir neçə dron dəstəsinin qiyməti təqribən 20 min dollar, hava hücumundan müdafiə sistemləri üçün raketlərin qiyməti isə 500 min dollardır, bir ədəd döyüş təyyarəsinin qiyməti isə 100 milyon dolları keçə bilər.
Qeyd edək ki, sentyabrın 10-da səhər saatlarında Polşanın Müdafiə Nazirliyi ölkənin hava məkanına daxil olmuş bir neçə obyektin məhv edildiyini elan edib. Onların PUA olduğu müəyyən edilib.


 
						 
						