
Bakı. Trend:
Almaniyanın “Volkswagen” (VW) avtomobil şirkəti 2025-ci il üçün
əməliyyat gəlirliliyi proqnozunu 4-5 faizdən 2-3 faizədək
endirib.
Trend-in
məlumatına görə, bu barədə şirkətdən bildirilib.
Şirkət, həmçinin avtomobil seqmentində əvvəllər əldə etdiyi 1-3
milyard avrodan müqayisədə sıfır xalis pul axını gözləyir.
Eyni zamanda, VW hələ də əvvəlki ilin səviyyəsində (324,7
milyard avro) gəlir proqnozlaşdırır.
Şirkət nəzarət səhm paketinə sahib olduğu “Porsche AG” ilə bağlı
təxminən 3 milyard avro dəyərində qudvilin silinməsini qeyd edəcək,
lakin 2025-ci il üçün dividend məbləğini təyin edərkən bu amili
nəzərə almaq niyyətində deyil.