Messi “İnter Mayami” ilə müqaviləsini uzatmağa yaxındır

Baş səhifə

Bakı. Trend:

Lionel Messi “İnter Mayami” ilə müqaviləsini uzatmağa
yaxlndır.

Trend-in
məlumatına görə, jurnalist Fabrisio Romano bu barədə sosial
şəbəkədəki səhifəsində yazıb.

Məlumata əsasən, L.Messinin komanda ilə müqaviləsi 2025-ci ilin
sonunda başa çatır.




Bildirilir ki, 38 yaşlı futbolçu ilə “flaminqolar” arasında
aparılan danışıqlar yekun mərhələyə çatıb. Hazırda tərəflərin
razılaşdırmalı olduğu bir neçə detal qalıb və bundan sonra MLS-in
təsdiqi tələb olunacaq.

Son həftələr danışıqların intensivliyi daha da artıb.