
Bakı. Trend:
Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi etdiyi Formula
1 Azərbaycan Qran-Prisinin ikinci gününə start veriləcək.
Trend xəbər verir ki, bu gün
Formula 1 üzrə üçüncü sərbəst yürüş və sıralama turu, Formula 2
üzrə sprint yarışları keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Qran-Prisinin birinci günündə Formula
1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sərbəst yürüş və sıralanma
yarışları təşkil olunub.
Yarışlarda müvafiq olaraq, Lando Norris (“McLaren”), Luis
Hamilton (“Ferrari”), Aleks Dunne (“Rodin”), Cek Krauford (“DAMS”)
qalib olublar.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun
vurulacaq.