Qırğızıstandan Azərbaycan iqtisadiyyatına investisiyalar əhəmiyyətli dərəcədə artıb

Baş səhifə

Bakı. Trend:

Cari ililin ilk 6 ayı ərzində Qırğızıstandan Azərbaycana birbaşa
xarici investisiyaların həcmi 7,706 milyon ABŞ dolları təşkil
edib.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 78 dəfə
çoxdur.

Hesabat ilində Azərbaycana yatırılan birbaşa xarici
investisiyaların ümumi həcmində Qırğızıstan investisiyalarının payı
0,2 faiz təşkil edib.




2024-cü ilin ilk 6 ayı ərzində isə Qırğızıstandan Azərbaycana
birbaşa xarici investisiyaların həcmi 99 min ABŞ dolları təşkil
edib

Cari ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatına qoyulan
birbaşa xarici investisiyaların həcmi 3 milyard 222 milyon ABŞ
dollarını ötüb. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə
244 milyon 295 min ABŞ dolları və ya 8,2 faiz çoxdur.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına
yönəldilən birbaşa investisiyaların həcmi isə 1 milyard 350 milyon
ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 6 ayı ilə
müqayisədə 351 milyon 561 min ABŞ dolları və ya 35,2 faiz
çoxdur.