Son danışığımızda bizə demişdi ki, özünüzdən muğayət olun – Şəhid Hüseynin anası – (FOTO)

Baş səhifə

Bakı.Trend:

Oğlum Hüseyn Novruzzadə 2004-cü il martın 16-sı Bakda anadan
olub. Orta təhsili 189-190 nömrəli məktəbdə tamamlayıb, daha sonra
2022-ci il aprelin 4-də ordu sıralarına qoşulub. İdmana hədsiz
marağı olub. Özünü həmişə boks sahəsində görürdü. Bir neçə dəfə
yarışlara qatılıb diplomlar, medallar qazanmışdı.

Bu fikirləri Trend-ə açıqlamasında Antiterror əməliyyatlarında
şəhid olan Hüseyn Novruzzadənin anası Münəvvər Novruzzadə
bildirib.




O qeyd edib ki, oğlu əsgərlik xidmətini Qusarda rayonunda
keçirdi.

“Ən sonuncu dəfə 2023-cü il sentyabrın 3-də görüşdük. Bakıya
əsgərləri təlimə gətirmişdilər. Biz də oğlumla təlim ərazisində
görüşdük. Demişdi ki, Qusardan başqa yerə aparacaqlar onları, lakin
qəti bildirmişdi ki, atasına deməyək. Atası ona hədsiz bağlıydı, bu
səbəbdən ona Hüseynin Şahdağda olduğunu bildirdik. Zənglə son
danışığımız sentyabrın 17-si olub. Bizə deyirdi ki, özünüzdən
müğayət olun. Hüseyn həmçinin “Qisas” əməliyyatlarında da iştirak
etmişdi”,- deyə şəhid anası bildirib.