
Bakı. Trend:
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer
barədə məsləhətləşmələrə başlamağa hazırdır.
Trend xəbər verir
ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bildirib.
Mirzoyanın sözlərinə görə, İrəvan Vaşinqtonda sənədin
paraflanmasından əvvəl də, martın ortalarında mətnin
razılaşdırılmasından sonra da bəyan edib ki, Bakı ilə yekun sülhün
əldə olunması üçün istənilən vaxt məsləhətləşmələrə başlamağa
hazırdır.
“Biz bu gün sülh müqaviləsinin imzalanacağı yer barədə
məsləhətləşmələrə başlamağa hazırıq”,- deyə Mirzoyan
vurğulayıb.

