Ölkə ərazisində qeydə alınan 43 cinayətin üstü açılıb – DİN

Baş səhifə

Bakı.Trend:

Sentyabrın 19-da ölkə ərazisində qeydə alınan 43, əvvəlki
dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Trend xəbər
verir ki, bu barədə daxili İşlər Nazirliyi məlumat yayıb.




Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 116, o
cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən
edilib.Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.