Ötən gün axtarışda olan 9 itkin şəxs tapılıb, 16 dələduz saxlanılıb – RƏSMİ

Baş səhifə

Bakı.Trend:

Ötən gün 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.




Bildirilir ki, sentyabrın 19-da polis əməkdaşlarının
keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı
ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9
nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin qeyd edilib ki, əməliyyat tədbirləri nəticəsində
dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa
təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir