
Bakı. Trend:
Əfqanıstandakı Baqram aviabazasından imtina etməyə heç bir səbəb
olmayıb.
Trend ABŞ KİV-ə
istinadən xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp
bildirib.
Məlumata görə, ABŞ bu bazanı antiterror əməliyyatları üçün dayaq
məntəqəsi qismində bərpa etmək istəyir. Tramp bazanı geri qaytarmaq
niyyətində olduğunu bundan öncəki çıxışlarının birində də
bildirmişdi.
Donald Tramp Amerikanın Baqram aviabazasında hərbi mövcudluğunu
bərpa etmək üçün Əfqanıstanla danışıqlar apardığını diqqətə
çatdırıb.
“Baxaq görək, Baqramla bağlı məsələnin axırı necə olacaq. Biz
Əfqanıstanla danışıqlar aparırıq. Ondan heç vaxt imtina edilməməli
idi”, – deyə o, Oval kabinetdə jurnalistlərə bildirib.