Polisin saxladığı daha iki narkokuryerdən 6 kq marixuana aşkarlandı – DİN

Baş səhifə

Bakı.Trend:

Polisin saxladığı daha iki narkokuryerdən 6 kq marixuana
aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir keçirilib.
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli
bilinən, əvvəllər məhkum olunmuşlar Samir Quliyev və Soltan
Abdullyev saxlanılıblar:




“Onlara məxsus nəqliyyat vasitəsindən 6 kiloqramdan artıq
marixuana və tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxslər
maddi gəlir etmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını
bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxslər barəsində
həbs qətimkan tədbiri seçilib”,-əlavə edilib.