
Bakı. Trend:
Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə üçüncü
sərbəst yürüş start götürüb.
Trend xəbər
verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir.
Üçüncü sərbəst yürüşdən sonra sıralanma turu keçiriləcək və
sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.
Xatırladaq ki, ilk sərbəst yürüşdə “McLaren” komandasının
britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə
“Ferrari”nin britaniyalı pilotu Lyuis Hemilton birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun
vurulacaq.

