Azərbaycanda yük daşımaları artıb

Baş səhifə

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 158 milyon ton yük daşıyıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə 4,3 milyon ton və yaxud 2,8 % çoxdur.

8 ay ərzində nəqliyyatçılar 1 milyard 360,1 milyon sərnişinə xidmət göstəriblər. Bu isə 1 il əvvələ nisbətən 66,7 milyon sərnişin və yaxud 5,2% çoxdur.

Hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,5 % təşkil edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir