Xankəndidə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi keçirilib (FOTO)

Baş səhifə

Xankəndi.Trend:

Xankəndidə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi
keçirilib.

Trend xəbər
verir iki, Xankəndi şəhər Konqres Mərkəzində Azərbaycan
Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin birgə
təşkilatçılığı ilə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərginin
açılışı olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən
xəbərə görə, sərgidə azad olunmuş Qarabağ torpaqlarındakı təbii
gözəlliklər, zəngin tarixi abidələr, həmçinin aparılan
bərpa-quruculuq prosesi peşəkar fotoqrafların obyektivindən
ictimaiyyətə təqdim edilir.




Tədbir eyni zamanda, xalqımızın Vətən müharibəsində əldə etdiyi
tarixi Zəfərin və bölgənin yenidən dirçəlişinin simvolu kimi
dəyərləndirilir. Sərgidə tanınmış fotoqraflar, Qarabağın ruhunu,
qədim abidələrlə müasir inkişafın ahəngini özünəməxsus üslubda
təqdim ediblər.

Sərgi Qarabağın indiki həyatını və gələcək perspektivlərini
ictimaiyyətə çatdırmaqla yanaşı, bölgənin mədəni və tarixi
dəyərlərinin qorunması barədə məlumatlandırmanı da hədəfləyir. Qeyd
edək ki, bu gün Qarabağ Universitetinin İncəsənət fakültəsində
Azərbaycan Dövlət Musiqili Teatrı tərəfindən Üzeyir Hacıbəylinin
“Arşın mal alan” tamaşası da nümayiş etdiriləcək. Daha sonra Uşaq
İncəsənət Festivalının qaliblərinin çıxışlarından ibarət konsert
proqramı təşkil olunacaq. Günün sonunda isə Xankəndi şəhərinin
Zəfər meydanında Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri
günü münasibətilə konsert keçiriləcək, atəşfəşanlıq olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir