Xocalıda bir sıra evlərin təmirinə 3,4 milyon manat ayrıldı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq,
yenidənqurma işləri mərhələli şəkildə davam etdirilməkdədir.

Trend-in
məlumatına görə, bu işlərin davamı kimi Xocalı şəhər inzibati
ərazisində bir sıra fərdi yaşayış evlərinin təmir və
yenidənqurulması işləri aparılacaq.

Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq
işlərə yekun vurub.




Dövlət xidməti sözügedən işlərin icrasını “Şinkar Holding”
Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 3,4 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu “Şinkar Holding” MMC 2009-cu ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon manat olan
şirkətin qanuni təmsilçisi Mehdiyev Ələsgər Fərrux oğludur.