
Bakı. Trend:
Sentyabrın 20-də gecə saat 4 radələrində Xaçmaz rayon sakini
Kənan Cəbiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.
Bu barədə Trend-ə Xaçmaz rayon prokurorluğundan məlumat
verilib.
Bildirilib ki, araşdırma zamanı Emin Baxışovun rayonun Ağtala
kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi
Kənan Cəbiyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
E.Baxışov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.