Paşinyan təkrar seçiləcəyi təqdirdə partiyasının prioritetlərinin nə olacağını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin parlament seçkilərində “Vətəndaş müqaviləsi” qalib
gələcəyi təqdirdə avrointeqrasiya üzrə səylərin aktivləşməsi
partiyanın prioritetləri sırasında yer alacaq.

Trend erməni KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol
Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının qurultayında etdiyi
çıxış zamanı danışıb.

Məlumata görə, qurultayda partiyanın bəyannaməsi yekdilliklə
qəbul olunub. Bəyannamədə qeyd olunur ki, seçkilərdə xalqın
etimadını qazandıqdan sonra ümumxalq referendumu vasitəsilə
Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi prosesinə
başlanması nəzərdə tutulub.




Paşinyan qeyd edib ki, partiya növbəti parlament seçkilərində
xalqdan respublikanın idarəetmə mandatını daha beş il uzatmaq
xahişi ilə müraciət etməyi planlaşdırır.

“‘Vətəndaş Müqaviləsi’ Partiyası regionalizasiya zidd olmayan və
balanslaşdırılmış xarici siyasəti qoruyaraq Ermənistanın Avropa
İttifaqına üzvlüyü istiqamətində səyləri gücləndirməyi
planlaşdırır” – bəyannamədə bildirilir.