“Formula-1″də fövqəladə hallar üçün 38 xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı şəhərində keçirilən “Formula 1 Qatar Airways” yarışları
zamanı Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə
hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və
nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə
tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyinin
əməkdaşları 20 nöqtədə 38 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi
ilə fasiləsiz xidmətdədir.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.




Bildirilib ki, bununla yanaşı, ərazidə müvəqqəti quraşdırılmış
konstruksiyaların dayanıqlılığına nəzarət, qaldırıcı qurğuların,
eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin
təhlükəsiz istismarı, yanğın və nüvə təhlükəsizliyi ilə əlaqədar
olaraq Nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən
fasiləsiz olaraq monitorinq işləri həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir