
Bakı. Trend:
Birləşmiş Ştatlarda suriyalı qaçqınlara verilən Müvəqqəti
Qorunma Statusu (TPS) ləğv edilib. Bundan sonra Amerikada yaşayış
hüququ olmayan suriyalı miqrantlar 60 gün ərzində ölkə hüdudlarını
tərk etməyəcəkləri təqdirdə həbs və ya deportasiya ilə
üzləşəcəklər.
Trend bu barədə
xarici KİV-ə istinadla xəbər verir.
Yeni qərara əsasən, 2012-ci ildən bəri sözügedən hüquqi statusa
malik olan 6 mindən çox suriyalının TPS-dən məhrum ediləcəyi
bildirilir.
“Suriyadakı hazırkı vəziyyət daha həmin ölkənin vətəndaşlarının
vətənlərinə qayıtmasına heç bir əngəl yaratmır”, – Daxili
Təhlükəsizlik Nazirliyinin rəsmisi Trişa Maklaflin qeyd edib.