
Tərtər. Trend:
Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim
edilib.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, açarların təqdim olunması
mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyi, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə
Xidməti” və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin nümayəndələri iştirak edib.
xxx
15:27
Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Kəlbəcər şəhərinə
köçürülən ümumilikdə 115 nəfər olmaqla 29 ailə öz dədə-baba yurdu
olan Kəlbəcər şəhərinə çatıb.
Daha sonra köç edən ailələrə yeni sahib olduqları evlərin
açarları təqdim ediləcək.
xxx
11:05
Qayıdış proqramına uyğun olaraq Kəlbəcər şəhərinə köç edənlər bu
günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə
Kəlbəcər şəhərinə 29 ailə olmaqla 115 nəfər köçürülür. Doğma yurda
qayıdan sakinlər Tərtər şəhər Bayraq Meydanından yola sala salınıb.
Hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, koç edən
ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı
işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və
zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,
işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.