
Bakı. Trend:
Cari ilin ilk altı ayı ərzində İsveçdən Azərbaycana birbaşa
xarici investisiyaların həcmi 26,5 milyon dollar təşkil edib.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 25,5
milyon ABŞ dolları və ya 27,7 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana qoyulan birbaşa xarici
investisiyaların ümumi həcmində İsveçin payı 0,8 faiz təşkil
edib.
2024-cü ilin ilk 6 ayı ərzində İsveçdən Azərbaycana birbaşa
xarici investisiyaların həcmi 955 min dollara bərabər olub.
Cari ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatına qoyulan
birbaşa xarici investisiyaların həcmi 3 milyard 222 milyon ABŞ
dollarını ötüb. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə
244 milyon 295 min ABŞ dolları və ya 8,2 faiz çoxdur.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına
yönəldilən birbaşa investisiyaların həcmi isə 1 milyard 350 milyon
ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 6 ayı ilə
müqayisədə 351 milyon 561 min ABŞ dolları və ya 35,2 faiz
çoxdur.