
Bakı. Trend:
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi İtaliyanın
reytinqini “BBB”dən “BBB+” səviyyəsinə yüksəldib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, İtaliyanın ÜDM-nin 2025-ci ildə 0,6 faiz, gələn
il isə 0,8 faizədək yüksələcəyi gözlənilir.
İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, bu göstərici
hökumətin doğru yolda olduğunu təsdiqləyir.
“Maliyyə göstəriciləri, məsul büdcə qərarları, artan məşğulluq
sayəsində güclənən iqtisadiyyat: bunlar şüar deyil, konkret
nəticələrdir. Bu, beynəlxalq bazarlardan inamın açıq siqnalıdır:
siyasi sabitlik, etibarlı iqtisadi siyasət, iş yerləri və rifah
yaradanlara dəstək öz bəhrəsini verir”, – o qeyd edib.