“Liverpul”un futbolçusu “Real”ın hədəfində

Baş səhifə

Bakı. Trend:

“Liverpul”un futbolçusu Rayan Qravanberx karyerasını İspaniya La
Liqasında davam etdirə bilər.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, “Real” niderlandlı yarımmüdafiəçini
transfer etmək istəyir.




Madrid nəhəngi 23 yaşlı orta xətt oyunçusu üçün 65 milyon
funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, “Liverpul” Rayan Qravanberxi 2023-cü ilin yayında “Bavariya”dan transfer edib.