
Xankəndi. Trend:
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti
keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xankəndi
şəhərində Uşaq İncəsənət Festivalının qaliblərinin iştirakı ilə
konsert proqramı təşkil olunub.
Azyaşlı musiqiçilərin maraqlı ifaları tamaşaçılarda xüsusi
bayram əhval-ruhiyyəsi yaradıb. Xüsusilə uşaqlar üçün nəzərdə
tutulan çıxışlar festivalın ən yadda qalan məqamlarından biri
olub.
Hazırda şəhərdə bayram coşqusu davam edir. Günün yekununda
Xankəndi şəhərinin Zəfər meydanında şəhər günü münasibətilə
genişmiqyaslı musiqili konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, bu gün Xankəndi şəhərində bayram tədbirləri
Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və
Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə
keçirilir.