
Naxçıvanda avtobus qəzaya düşüb, 15-dən çox sərnişin xəsarət alıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər (DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.