Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belqradda keçirilən hərbi paradda iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik
etdiyi nümayəndə heyətinin Serbiya Respublikası Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan
Moysiloviçin dəvəti ilə bu ölkəyə səfəri başlayıb.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan
parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə
əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində general-polkovnik K.Vəliyev serbiyalı həmkarı
ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir
mübadiləsi aparıb və Belqrad şəhərində keçirilən hərbi paradda
iştirak edib.

Tədbirlərdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev iştirak edib.