İspaniyada meşə yanğınları söndürmək üçün qoşunlar cəlb olunub

Baş səhifə

Bakı. Trend:

İspaniyanın şimal-qərbində quru hava şəraiti və yüksək
temperatur səbəbindən başlayan iki meşə yanını ilə mübarizə davam
edir.

Trend xəbər verir
ki. bu barədə AFP məlumat yayıb.

Qoşunların dəstəklədiyi yanğınsöndürənlər şənbə günü Qalisiyanın
Luqo əyalətində cümə axşamı başlayan və artıq 1400 hektar ərazini
məhv edən yanğının söndürülməsi üçün 82 ekipaj və 25 təyyarə ilə
çalışıblar.




Eyni zamanda, qonşu Orense əyalətində 34 ekipaj və 17 təyyarə
təxminən 240 hektarı əhatə edən digər yanğınla mübarizə aparıb.

Xatırladaq ki, bu yay İspaniyanın qərbi və şimal-qərbi, həmçinin
qonşu Portuqaliya dağıdıcı meşə yanğınlarından ciddi zərər görüb.
Avropa Meşə Yanğınları İnformasiya Sisteminin məlumatına görə, hər
iki ölkədə dörd nəfər həlak olub. İspaniyada cəmi bir neçə həftə
ərzində təxminən 330 min hektar, Portuqaliyada isə 250 min hektara
yaxın ərazi yanıb.