Naxçıvanda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar
Respublika Xəstəxanasına müraciət edib.

Trend xəbər verir
ki, bunu Xəstəxananın həkimi Fuad Rzayev qeyd edib

O bildirib ki, xəsarət alanlar təcili yardım vasitəsilə qəbul
edilib.

“Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir
və müayinələr davam etdirilir.

Xəsarətlər əsasən bud-çanaq sınıqları (neyrocərrahi problemlər)
və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə
yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam
etdirilir”- deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən
sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək
magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən
hissəsində qeydə alınıb. Qəza nəticəsində 10-dan artıq xəsarət alan
var.

XXX

17:40

Naxçıvanda avtobus qəzaya düşüb.




Naxçıvan MR Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə 16 nəfər
xəstə yerləşdirilib.

“Onların vəziyyətinin ağırlıq dərəcəsi hazırda
müəyyənləşdirilir”- əlavə edilib.

xxx

17:28

Naxçıvanda avtobus qəzaya düşüb.

Trend-in məlumatına görə,
hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi
ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15
sərnişin xəsarət alıb.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər
(DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir