Həsrət Cəfərov yenidən dünya çempionatının finalında

Baş səhifə

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı sona
yaxınlaşır.

Trend xəbər verir
ki, yarışın səkkizinci günündə yunan-Roma güləşi üzrə 60, 67 və 87
kq-da mübarizəyə start verilib.

Murad Məmmədov (63 kq) startda qırğızıstanlı Bayaman Kərimova
8:5 hesabıyla qalib gəlib. Güləşçimiz növbəti görüşdə son
saniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı üstələyərək
(5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı Mohammad
Keştkara uduzub – 0:8.




Həsrət Cəfərov (67 kq) venesuelalı Neyser Hidalqoya və
avstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabıyla qalib gələrək 1/4
finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclü
olan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevlə
qarşılaşıb və 3:1 hesablı qələbəylə yenidən dünya çempionatına
finalına vəsiqə qazanıb. Cəfərov sabah həlledici qarşılaşmada
iranlı olimpiya, dünya və Asiya çempionu Səid Esmailiylə üz-üzə
gələcək.

İslam Abbasov (87 kq) belaruslu Stanislav Şafarenkanı (UWW) tam
üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda
qırğızıstanlı Asan Janişova 3:4 hesabıyla məğlub olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir