Tramp H-1B iş vizalarının rüsumunu 500 dəfə artırdı

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp əcnəbi işçilər üçün iş vizalarının
rəsmiləşdirilməsi rüsumunu kəskin şəkildə artırıb.

Trend-in
“Reuters”ə istinadən verdiyi məlumata görə, dövlət başçısı
ixtisaslı əcnəbilərə verilən H-1B vizaları üçün şirkətlərdən 100
min ABŞ dolları məbləğində rüsum alınmasını nəzərdə tutan sərəncam
imzalayıb.




Qeyd olunur ki, bu qərar əsasən Hindistan və Çindən olan
mütəxəssislərə güvənən ABŞ texnologiya sektoruna ciddi təsir
göstərə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir