
Bakı. Trend:
72 kq çəki dərəcəsində finalda Fransa güləşçisi İbrahim Qanemə
4:2 hesabı ilə qalib gələn 26 yaşlı Ülvi Qənizadə yunan-Roma güləşi
üzrə növbəti dəfə dünya çempionu titulunu əldə edib.
Trend-in
məlumatına görə, Ülvi Qənizadə ardıcıl ikinci dəfə Qanemi finalda
məğlub edib. Keçən il Tiranada keçirilən dünya çempionatında da
güləşçimiz fransalı rəqibini final döyüşündə üstələyib.
Qeyd edək ki, İbrahim Qanem 2022-ci il dünya çempionatında da
gümüş medal qazanıb. Həmin yarışda Belqradda Ülvi finalda ev sahibi
Əli Arsalana uduzmuş, bəzi ekspertlər güləşçimizə qarşı
ədalətsizlik edildiyini və qızıl medalı “oğurlandığını”
vurğulamışdılar.
Ülvi Qənizadə həmçinin 2023-cü ilin Avropa Çempionudur.

