Rusiyaya qarşı Türkiyə sistemi istifadə ediləcək

Baş səhifə

Polşa və Rumıniya son vaxtlar Rusiya pilotsuz uçuş aparatlarının NATO məkanını pozması halları fonunda Türkiyədə istehsal olunan “Merops” (Multispectral Extended Range Optical Sight) hava nəzarət sistemindən istifadə etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu sistemin operatorlarının hazırlanması mərhələsində Ukraynanın da iştirakı nəzərdə tutulur.

“Merops” helikopterlərə montaj oluna bilər, buludlu hava şəraitində belə düşmən obyektlərini aşkar etmə qabiliyyətinə malikdir. Bu sistem ilk dəfə 2022-ci ildə ictimaiyyətə təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir