Tramp Venesuelaya tələbini irəli sürüb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Venesueladan ABŞ-dan qovulmuş bütün
vətəndaşlarını təcili şəkildə geri qəbul etməsini tələb edib.

Trend-in
məlumatına görə, Tramp bu barədə Truth Social sosial şəbəkəsindəki
səhifəsində yazıb.




“Biz Venesueladan Venesuela rəhbərliyi tərəfindən zorla ABŞ-a
göndərilən, dünyanın ən pis ruhi xəstəxanaları da daxil olmaqla
psixiatriya müəssisələrindən olan bütün məhbus və insanları dərhal
qəbul etməsini istəyirik”, – Ağ Ev rəhbəri bildirib.

O əlavə edib ki, Karakas bu tələbi yerinə yetirməsə, “cavab
verəcək”.