Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Baş səhifə

Bakı. Trend:

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar
olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət
həddi 20 km/saat aşağı salınıb.


Trend
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.




Bildirilib ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş
edilib.