
Bakı. Trend:
Almaniya Bundesliqasında 4-cü turun qarşılaşmaları başa
çatıb.
Trend-in
məlumatına görə, lider “Bavariya” səfərdə “Hoffenhaym” üzərində 4:1
hesablı inamlı qələbə qazanıb.
Autsayder “Haydenhaym” isə səfərdə “Hamburq”la qarşılaşıb və
meydan sahiblərinə 1:2 hesabı ilə məğlub olub. Beləliklə,
“Haydenhaym” 4 oyundan sonra xal qazana bilməyib.
Bremendə keçirilən “Verder” – “Frayburq” oyununda qonaqlar
böyükhesablı qələbə əldə ediblər – 3:0. Digər oyunda isə “Maynts”
səfərdə “Auqsburq”u 4:1 hesabı ilə məğlub edib.
Turnir cədvəlində 4-cü sırada qərarlaşan “Köln” səfərdə
“Leypsiq”lə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. Bu qələbə
“Leypsiq”ə ikinci pilləyə yüksəlməyə imkan verib.