A Seriya: “Milan”dan böyükhesablı qələbə

Baş səhifə

Bakı. Trend:

İtaliya A Seriyasında 4-cü turun üç oyunu keçirilib.

Trend-in
məlumatına görə, “Bolonya” öz meydanında “Cenoa”ya qalib gəlib –
2:1. Bu nəticə ilə komanda 6 xal toplayaraq turnir cədvəlində 8-ci
pilləyə yüksəlib.




“Verona” isə ikinci yerdə qərarlaşan “Yuventus”u qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb və Turin təmsilçisi liderlik
uğrunda vacib xallar itirib.

Günün digər oyununda “Udineze” doğma meydanda “Milan”a məğlub
olub. Qonaqların heyətində Kristian Pulişiç 39 və 83-cü dəqiqələrdə
dubla imza atıb, Yusuf Fofana isə 46-cı dəqiqədə fərqlənib.
Beləliklə, “Milan” 3:0 hesablı qələbə qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir