Tramp ABŞ-nin Əfqanıstanda mövcudluğunu bərpa etmək niyyətindədir

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Əfqanıstan Baqram
aviabazasını onu tikənlərə – Amerika Birləşmiş Ştatlarına
qaytarmasa, pis nəticələr yarana bilər.

Trend-in
məlumatına görə, bu sözləri Tramp “Truth” sosial şəbəkəsində
yazıb.




Qeyd edək ki, Birləşmiş Krallığa səfəri zamanı keçirdiyi mətbuat
konfransında Tramp ABŞ-nin Baqram aviabazasını geri almaq və
Əfqanıstanda mövcudluğunu bərpa etmək niyyətini açıqlamışdı.