
Bakı. Trend:
Rusiyanın Kamçatka vilayətində 6,1 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Seysmoloqların bildirdiyinə görə, yeraltı təkanlar 25 km
dərinlikdə, Petropavlovsk-Kamçatskidən 180 km şərqdə baş verib.

