
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci
sessiyası çərçivəsində 20 xarici ölkə lideri ilə görüşməyi
planlaşdırır.
Trend-in
məlumatına görə, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərin
suallarını cavablandırarkən bildirib.
“Mən çoxlu liderlərlə görüşəcəyəm, yəqin ki, 20 nəfər. Hamı
görüşmək istəyir, bəziləri ilə görüşəcəyik”, – deyə Tramp qeyd
edib.
Xatırladaq ki, sentyabrın 23-dən 27-dək keçiriləcək BMT Baş
Assambleyasının 80-ci sessiyası çərçivəsində ümumi siyasət
müzakirələri aparılacaq. Bu müddət ərzində 195 nümayəndə heyətinin
çıxış edəcəyi gözlənilir.