AfD Almaniyada ilk dəfə ən populyar partiya oldu

Baş səhifə

Bakı. Trend:

Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD)
partiyası ilk dəfə ölkənin ən populyar siyasi qüvvəsinə
çevrilib.

Trend-in
məlumatına görə, Bild nəşri bunu son ictimai rəy sorğusunun
nəticələrinə əsasən yazıb.

Aparılan sorğuya görə, AfD hazırda alman seçicilərinin 26
faizinin dəstəyinə sahibdir. Bu, partiyanın tarixində ilk dəfədir
ki, ölkədə bütün siyasi qüvvələr arasında lider mövqeyə
yüksəlir.




Beləliklə, AfD hazırkı kansler Fridrix Mersin təmsil etdiyi
CDU/CSU blokunu geridə qoyub. Sözügedən blok seçicilərin 25
faizinin dəstəyini qazanır.

Digər partiyalar isə xeyli geri qalır: Sosial Demokratlar (SPD)
– 15%, “Yaşıllar” və “Sollar” isə hər biri 11 faiz dəstəyə
malikdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir