Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi
müəyyənləşəcək.

Trend xəbər verir
ki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə Formula 2, daha
sonra Formula 1 üzrə əsas yarış start götürəcək.

Formula 1-də sıralanma mərhələsinin yekunlarına əsasən, ən yaxşı
nəticəyə “Red Bull”un sürücüsü Maks Ferstappen imza atıb. “Uilyams”da çıxış edən Karlos Sayns ikinci, “Reysinq Bulls”dan Liam
Louson üçüncü yeri tutub. Bu turun nəticələrinə əsasən, əsas
yarışda pilotların düzülüşü müəyyənləşib.

Formula 2 üzrə sprint yarışında isveçli Dino Beqanoviç (“TGR”)
birinci, britaniyalı Luke Brouninq (“TGR”) ikinci, irlandiyalı
Aleks Dunne (“Rodin”) üçüncü yeri tutub.




Pilotların siyahısında “McLaren”də çıxış edən Oskar Piastri 324
xalla liderdir. Onun komanda yoldaşı Lando Norris 293 xalla ikinci,
Maks Ferstappen 230 xalla üçüncü yeri tutub.

Konstruktorlar kubokuna isə 617 xalla “McLaren” komandası
başçılıq edir. “Ferrari” 280 xalla ikinci, “Mersedes” 260 xalla
üçüncü sırada yer alıblar. Sonrakı yerlərdə “Red Bull” (239),
“Uilliams” (86), “Aston Martin” (62), RB (61), “Kick Sauber” (55),
“Haas” (44), “Alpine” (20) komandaları qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu
avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk
Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda
almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq
olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük
Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika),
Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün
rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar.
Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası
səbəbindən keçirilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir