Tramp Avropa ölkələrindən Rusiyadan neft almağı dayandırmağı tələb edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp yenidən Avropa ölkələrindən
Rusiyadan neft almağı dayandırmağı tələb edib.

Trend xəbər verir ki, bu
barədə Tramp Virciniya ştatındakı çıxışı zamanı bildirib.




O, bu təcrübənin davam etməməli olduğunu və tezliklə bitəcəyini
deyib: “Avropalılar Rusiyadan neft alırlar. Bu baş verməməlidir,
elə deyilmi?”.

Bundan əlavə, Ağ Ev rəhbəri Moskva ilə Kiyev arasındakı
münaqişəyə yenidən toxunub. Tramp Rusiya Prezidenti Vladimir
Putinin hərəkətlərindən məyus olduğunu da qeyd edib.