Bakıda iki pilot cəzalandırıldı

Baş səhifə

Bakıda keçirilən Formula-2 üzrə Azərbaycan Qran-prisinin sprint yarışından sonra iki pilota cəza verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Formula-2-nin rəsmi saytı məlumat yayıb.

“Trident” komandasından Laurens van Hoepen 2-ci döngədə baş verən qəzada günahkar sayılıb. O, bugünkü əsas yarışda 10 saniyəlik vaxt cəzası alıb və mübarizəyə 17-ci pillədə qoşulacaq.

Digər sürücü Kuş Maini (“Dams Lukas Oil”) isə Amauri Kordellə (“Rodin Motorsport”) toqquşmaya görə məsuliyyətli bilinib. Beş saniyəlik cəza ilə üzləşən Maini üç pillə geriləyərək əsas yarışa 19-cu sırada başlayacaq.

Qeyd edək ki, “Formula 2″də əsas yarışa bu gün saat 11:00-da start veriləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir