
Bakı. Trend:
Sentyabrın 21-i saat 10:00-a olan məlumatına əsasən, ölkə
ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam
edir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, düşən yağıntının
miqdarı Astarada 91, Şamaxıda 55, Qobustanda 34, Lənkəran və Şəkidə
26, Qəbələdə 24, Şahdağ və İsmayıllıda 23, Daşkəsəndə 19, Qrız,
Ağstafa, Qaxda (Sarıbaş) 18, Altıağacda 16, Oğuz və Xaltanda 15,
Qusarda (Laza) 14, Xınalıqda 13, Qubada 8, Bakıda və Abşeron
yarımadasında, eləcə də Göygöl, Gəncə, Naftalan, Xaçmaz, Tərtər,
Göyçay, Zaqatala, Mingəçevir, Beylaqan, Sabirabad, Neftçala,
Biləsuvar, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Lerik, Şabran,
Tovuz, Balakən, Gədəbəy, Şahbuz, Şirvan, Kəlbəcər, Laçın, Qubadlı,
Şuşa, Xankəndi, Xocalı və Füzulidə 7 mm-dək qeydə alınır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal
sürəti arabir Bakıda və Abşeron yarımadasında 25, Naftalan və
Altıağacda 22, Mingəçevir və Gəncədə 20, Culfa, Sabirabadda 17,
Şabranda 16 m/s-dək güclənir.
Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.
Sentyabrın 20-si Qəbələ rayonunun Kiçik Əmili kəndinə saat
20:08-20:15 radələrində diametri 8-10 mm, İsmayıllı rayonuna isə
saat 21:30-21:35 radələrində diametri 2-3 mm olan dolu düşüb.
Qrız, Lerik, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi
500 metrədək məhdudlaşır.