Könüllülər – Formula 1 Azərbaycan Qran Prisinin uğurunun ayrılmaz hissəsi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Könüllülər bu il də müxtəlif sahələrdə – media, akkreditasiya,
protokol, tamaşaçı xidmətləri, təhlükəsizlik və digər
istiqamətlərdə fəaliyyət göstərərək, yarış həftəsonunun uğurla
reallaşmasına mühüm töhfə verirlər.

Trend xəbər verir
ki, seçilmiş könüllülər arasında tələbələr, gənc mütəxəssislər və
müxtəlif peşə sahibləri yer alır.

Onlar beynəlxalq təcrübə qazanmaqla yanaşı, böyük komanda ruhunu
yaşayır, gələcək karyeraları üçün dəyərli bacarıqlar əldə
edirlər.




Artıq 9 ildir keçirilən Formula 1 Azərbaycan Qran Prisi minlərlə
gəncin inkişafına və könüllülük mədəniyyətinin formalaşmasına mühüm
töhfə verir.

Bakı yarışında bu il də minlərlə könüllü yüksək əzimkarlıq
göstərir. Yarış üçün ümumilikdə 31 min nəfər könüllü olmaq üçün
qeydiyyatdan keçib. Onlardan 2 min nəfər seçilərək Bakıdakı yarışın
təşkilində iştirak edir. Bu göstərici indiyədək qeydə alınmış
rekord müraciət kimi tarixə düşüb.